AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında Xocalı soyqırımı ilə bağlı çıxış edib

23:28 19.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Gürcüstan üzrə xüsusi müxbiri bu ölkədə geniş oxucu və tamaşaçı auditoriyasına malik 24news.ge internet televiziyasının “Sərbəst müzakirə” verilişinin qonağı olub.

AZƏRTAC–ın xüsusi müxbiri Xətayi Əzizov və Azərbaycan rəssamlarının Xocalı soyqırımı ilə bağlı rəsm əsərlərindən ibarət sərgilərin müəllifi Ülkər Əbülfət jurnalist Azər Məmmədovun Xocalı soyqırımının dünyada tanıdılması və bu faciəyə beynəlxalq səviyyədə hüquqi siyasi qiymət verilməsi ilə bağlı sualını cavablandırıb və fikirlərini bölüşüblər.