Azyaşlı nəvəsini baxımsız şəraitdə saxlayan qadına cinayət işi açılıb

17:28 11.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azyaşlı nəvəsini baxımsız şəraitdə saxlayan qadına cinayət işi açılıb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarov məlumat verib.

Bildirib ki, Sumqayit Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə Abdullayeva Ülviyyə Rəsul qızı barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq hərəkətləri davam etdirilir.