Bağçalara direktor vəzifəsinə qəbul başladı

11:37 31.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

31 iyul saat 11:00-da məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

Bu barədə hafta.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 7 avqust saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Bildirilib ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.