Bağçaya qəbul üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb

17:03 21.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi”ndə qeydiyyatdan keçən valideynlərin sayı açıqlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib. O qeyd edib ki, “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi”ndə üç gün ərzində 14,000-dən çox valideyn qeydiyyatdan keçib.