Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar qrafikdən əvvəl ödənilib

13:29 05.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə noyabr ayının pensiyaları qrafikdən əvvəl ödənilib.

Hafta.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Qeyd edilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Bundan əvvəl, oktyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, oktyabrın 14-də isə ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.