Bakı bələdiyyələri uçota götürülən torpaq və əmlak vergisi obyektlərinin sayı çoxalıb

16:55 24.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərində bələdiyyələr üzrə ümumilikdə uçota götürülən torpaq və əmlak vergisi obyektlərinin sayı 22% çoxalıb.

Ədliyyə Nazirliyindən hafta.az-a verilən məlumata görə, həmin vergilərdən daxil olmalarda cari ildə 1,9 milyon manata yaxın artım müşahidə olunub. Həmçinin bələdiyyələr üzrə pul tələblərinə dair qəbul edilmiş inzibati aktların icrası təmin edilərək 170 min manata yaxın vəsait yerli büdcələrə ödənilib.

Hazırda pilot bələdiyyələrin müsbət iş təcrübəsinin ölkə üzrə bələdiyyələrdə tətbiq edilməsi istiqamətində işlər davam etdirilir.

Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən bu tədbirlər bələdiyyələrin fəaliyyətinin qanunauyğun təşkilinə kömək və onlara metodoloji yardım məqsədi daşıyır və onların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, bununla da qanunvericiliklə onlara verilmiş səlahiyyətlərinin icrasına, o cümlədən yerli əhəmiyyətli məsələlərin həllində daha operativ və səmərəli iştirakına, nəticədə yerli özünüidarəetmə orqanlarına ictimai etimadın güclənməsinə xidmət edir.

Oxunma sayı 567