Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı

20:05 03.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamal rayonu, Bakı dairəvi yolunda nəqliyyat vasitələrindən birində yanğın baş verib.

Hafta.az xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

Bu səbəbdən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb. Hazırda polis və aidiyyəti qurumun əməkdaşları hadisə yerindədir. Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.