Bakı Dövlət Sirki yaxın vaxtlarda təmirə bağlanacaq – Sədr müavini

17:57 12.07.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Pandemiya səbəbindən ötən ilin mart ayından etibarən ölkədə kütləvi tədbirlərin təşkilinə qoyulmuş qadağa hələ də qismən qüvvədədir. Məhdudiyyət səbəbindən fəaliyyətini dayandıran qurumlardan biri də Bakı Dövlət Sirkidir.

Bakı Dövlət Sirkinin hazırkı fəaliyyəti ilə bağı hafta.az-a danışan sədr müavini Nahid Ağayev  bldirdi ki, hazırda ölkədə kütləvi tədbirlərin keçirilməsinə olan qadağa ilə əlaqədar sirkdə heç bir tamaşa və proqramların göstərilməsi nəzərdə tutulmur. Qurum rəsmisi struktur dəyişikliyindən sonrakı yenilikləri də diqqətə çatdırdı:

“Aprelin 14-də sirkin strukturu dəyişdirildi. İndi isə artıq dördüncü heyətin formalaşması gedir. Kiçik proqramlar hazırlanır. Pandemiyadan sonra regionlarda səhnəciklər nümayiş etdirməyi planlaşdırırıq. Lakin hazırda sirkin binası tamaşa göstərmək və izləyicilərini qarşılamaq üçün  yaxşı vəziyyətdə deyil. Təmirə ehtiyacı var. Yaxın zamanda təmirə bağlanması gözlənilir, ancaq dəqiq vaxtla bağlı bir söz deyə bilmirəm”.

Natiq Ağayevin sözlərinə görə Bakı Dövlət Sirki artıq öz truppasını da yaradıb, həmçinin xarici ölkələrin sirkləri ilə əlaqələr də qurulur:

“Sirk olaraq daha çox şou-musiqi formatlı tamaşaların təşkilinə üstünlük veririk. Danışıqlara gəldikdə isə xarici ölkələrlə qarşılıqlı səfərlərlə bağlı əlaqələr qurulur. Bütün planlar isə 2022-ci il üçün nəzərdə tutulur. Ümid edirik ki, növbəti ildən kütləvi tədbirlərlə bağlı qadağalar götürülər. Yeniliklərə gəldikdə isə truppa yaratmışıq və onlar artıq özləri bir sıra proqramlar hazırlayır”.