Yazını böyüt
Yazını kiçilt
Bakı-Naxçıvan marşrutu üzrə ilk müntəzəm avtobus reysi Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşdü.
Dövlət Avtomobil Nəqliyyat Xidmətindən hafta.az-a verilən məlumata görə, məcburi ehtiyacları qarşılamaq üçün sərhəddə əvvəlcədən təyin olunan məkanlarda avtobusun hərəkətinə 15-20 dəqiqə fasilə veriləcək.
Reyslər yüksək komfortlu, müasir tipli avtobuslarla həyata keçirilir. Azərbaycan vətəndaşları üçün gömrük keçid məntəqəsində COVID-19 testi pulsuz olaraq götürülür.