Bakı-Qəbələ-Bakı qatarında dəyişiklik

13:20 30.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC qış mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarların dövriyyəsinə dəyişiklik edib.

Hafta.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Oktyabrın 5-dən başlayaraq qatarlar hər şənbə günü Bakıdan-Qəbələyə, hər bazar günü isə Qəbələdən Bakıya yola düşəcək.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.