Bakı sakini evin damından yıxılaraq ölüb

11:31 18.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Xətai rayonunda ölüm hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə rayonun NZS qəsəbəsində qeydə alınıb.

Rayon sakini İsmayıl Hüseynov ehtiyatsızlıqdan yaşadığı evin damından yıxılıb.

 
Hadisə yerinə təcili yardım briqadası gəlsə də, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.