Bakı və Samux sakinləri itkin düşdü 

09:39 21.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı və Samux sakinləri itkin düşüb.

 

Hafta.az-ın məlumatına görə, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə yaşayan 15 yaşlı Səbinə Abuşova iyulun 20-də gecə saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Bundan başqa, Yevlax rayon sakini, 1958-ci il təvəllüdlü Nəbiyeva Həzrətfatma Camal qızı iyulun 16-sı saat 07:00 radələrində Mingəçevir şəhərinə getmək adı ilə yaşadığı evdən çıxıb. O da geri qayıtmayıb.

 

Hər iki faktla bağlı araşdırmalar aparılır.