Bakıda 2284 nəfər məktəbi fərqlənmə attestatı ilə başa vurub

11:14 22.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərini 2 284 nəfər məktəbi fərqlənmə attestatı ilə başa vurub.

Bu barədə hafta.az-a BŞTİ-dən məlumat verilib.

Onlardan 1520 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 764 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.

 

Bundan başqa BŞTİ-nin tabeliyindəki məktəbləri 2021-ci ildə 30 məzun qızıl və gümüş nişanla başa vurub. XI sinif məzunlarından 21-i qızıl, 9-u gümüş nişana layiq görülüb.