Bakıda 24 yaşlı oğlan tanışı tərəfindən bıçaqlanıb

11:20 20.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda bıçaqlanma olub.

APA xəbər verir ki, Nəsimi rayon ərazisində Əliyev Emin Bəxtiyar oğlu aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı küçədə tanışı 1999-cu il təvəllüdlü Hüseynov Rəcəb Tofiq oğlunu bıçaqlayıb.

Faktla bağlı Nəsimi RPİ-in İstintaq şöbəsində CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.