Bakıda 53 yaşlı qadın özəl xəstəxanada ölüb

17:11 09.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qadının özəl xəstəxanada ölməsi faktı araşdırılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 21 dekabr 2023-cü il tarixdə 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın "Mediacare" klinikasında ölməsi ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.