Bakıda anadan İYRƏNC ADDIM: narkotik almaq üçün qızını diləndirir - VİDEO

18:25 15.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ananın 2 yaşlı qızını diləndirməsi ilə bağlı araşdırmalara başlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən lent.az-a bildirib ki, sözügedən faktla bağlı nazirliyə məlumat daxil olub:

"Hazırda fakt əsasında araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən sonra işə hüquqi qiymət veriləcək".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov isə bu barədə saytımıza bildirib ki, artıq sözügedən məsələ icraata götürülüb.

***

Saat: 15:41

Bakıda narkomaniyadan əziyyət çəkən ana qızını diləndirir.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat paylaşıb. Onun sözlərinə görə, adı hələ ki şəxsiyyəti məlum olmayan qadın narkotik almaq üçün 2 yaşlı qızını Qaraçuxur məscidinin qarşısında diləndirir:

“Əsas qorxumuz 2 yaşlı körpə ilə bağlıdır. Anası narkomandır. Hər gün axşam saatlarında körpəni Qaraçuxur məscidinin qarşısında diləndirir. Əldə etdiyi pulu isə narkotik almağa sərf edir. Qadının əri də narkomandır. Uşağın həyatı təhlükədədir. Suraxanı rayon İcra hakimiyyətinə müraciət edirəm. 2 yaşlı qız ailəsindən uzaqlaşdırılsın”.