Bakıda avtobus sürücüləri arasında əlbəyaxa dava

23:57 21.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Axşam saatlarında 202 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusun sürücüləri əlbəyaxa davaya çıxıblar.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilir ki, 202 marşrut xətti ilə hərəkət edən 10 TH 413 və 10 TH 401 nömrəli avtobusun sürücüləri Biləcəridə sərnişinlərin gözü önündə əlbəyaxa davaya çıxıblar. Onlar sərnişinləri düşürüb davaya gediblər.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, məsələ nəzarətə götürülüb. Araşdırıb məlumat verməsi üçün daşıyıcıya göstəriş verilib.(“Qafqazinfo”)