Bakıda blokçeyn və paylanmış reyestr texnologiyasına həsr olunmuş tədbir keçiriləcək

23:22 08.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 10-dan 11-dək Bakıda İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və “FARI Solutions”un təşkilatçılığı ilə “Chain Reaction 2024” tədbiri keçiriləcək.

Hafta.az 4SİM-nin məlumatına istinadla xəbər verir ki, blokçeyn və paylanmış reyestr texnologiyası (DLT), kvant informasiya sistemi, Veb3, 4-cü sənaye inqilabı texnologiyaları, süni intellekt və rəqəmsal aktivlər kimi inkişaf etməkdə olan texnologiyalara yönəlmiş 2 günlük tədbirdə 60-dan çox yerli və beynəlxalq spikerin qatılması gözlənilir.

İki gün ərzində panellər, vörkşoplar və təqdimatlar da daxil olmaqla 30-dan çox müxtəlif sessiyalar təşkil olunacaq.