Bakıda bu məktəbə direktor təyin olundu 

12:06 09.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri Sabunçu rayonu Cəlal Məmmədyarov adına 155 nömrəli məktəbə direktor təyin olunub.

Hafta.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bayramova Məhluqə Məzahim qızı gətirilib.

1968-ci il təvəllüdlü direktor ixtisasca ibtidai sinif müəllimidir.

Qeyd edək ki, 155 nömrəli məktəbin keçmiş direktoru Ruhiyyə İbrahimova sentyabr ayında Sabunçu rayon 112 saylı məktəbə direktor təyin edilmişdi.