Bakıda evdən 2 nəfərin meyiti tapıldı

22:17 13.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən fərdi yaşayış evində 2 nəfərin meyiti aşkarlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

 

Faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılır.