Bakıda gənc qızı maşın vurub öldürdü

09:38 05.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Hafta.az xəbər verir ki, hadisə Binəqədi-Balaxanı şossesində baş verib.

2001-ci il təvəllüdlü Əsgərova Səmayə Kamil qızı yolu keçərkən onu “Toyota” markalı nəqliyyat vasitəsi vurub.

S.Əsgərova hadisə yerində ölüb. Sürücü saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.