Bakıda maskalı şəxs mağazaya silahlı basqın edib

11:25 01.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda maskalı şəxs mağazaya silahlı basqın edib.

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektində baş verib. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Cavad Nurullayev Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, satıcı işlədiyi Gəncə prospektindəki "Oba" marketə 1 nəfər üzünü tibbi maska ilə bağlayan daxil olaraq əlindəki bıçaqla onu hədələyib və kassadan 1 200 manat götürüb.

 

Faktla bağlı Xətai rayon cinayət işi açılıb, araşdırma aparılır.