Bakıda mənzildən kişi meyiti tapılıb

23:00 31.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

Nazirlikdən hafta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Hüseynov Məhərrəm Əbdül oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

 

Oxunma sayı 615