Bakıda mənzillərdən silsilə oğurluqlar edən Gürcüstan vətəndaşı saxlanılıb - VIDEO

14:20 24.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mənzillərdən silsilə oğurluqlar edən Gürcüstan vətəndaşı saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birindən oğurluq edilib.

Zərərçəkən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində müraciət edərək hadisə barədə məlumat verib.

Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Paata Grineviç saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxs ifadəsində bir müddət əvvəl yaşadığı ölkədən Bakı şəhərinə məhz oğurluq məqsədi ilə gəldiyini bildirib. Paata Grineviçin ətrafında aparılan tədbirlərlə onun paytaxtın Nizami rayonunda da bir mənzildən oğurluq etdiyi müəyyən edilib.

 

Qeyd edək ki, saxlanılan şəxsin oğurluq etdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Faktlarla bağlı toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Paata Grineviç əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Oxunma sayı 167