Bakıda piyadanı avtomobil VURDU

11:10 13.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Səbail rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hafta.az xəbər verir ki, avtomobil yolu keçən 1976-cı il təvəllüdlü Abdullayeva Ceyran Balaqardaş qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır nahiyəsinin sınığı diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.