Bakıda piyadanı avtomobillə vuran sürücü hadisə yerindən qaçdı

13:51 29.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 28-də saat 23 radələrində paytaxtın Nərimanov rayonu K.Rəhimov küçəsində naməlum sürücü idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini N.Məmmədlini vuraraq hadisə yerini tərk edib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb. Avtomobil rayon ərazisində tapılıb.

İlkin əməliyyat-axtarış tədbirləri Nərimanov RPİ tərəfindən aparılır.