Bakıda qadın evdən 28 min manatlıq oğurluq edib

14:00 02.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mənzildən pul və qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Xətai rayonu ərazisindəki evlərin birindən 4800 ABŞ dolları və 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Qocayeva müəyyən edilərək saxlanılıb.