Bakıda qatarda tüstülənmə olub

15:16 05.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qatarda tüstülənmə olub.

Hafta.az-ın məlumatına görə, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  bildirib ki, "İçərişəhər-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında olarkən vaqonda sərnişinlərdən birinin elektron cihazı tüstülənib.

"Sərnişinlər qatardan dərhal düşürülüb. Qatar maşinisti və polis əməkdaşı vaqona baxış keçiriblər. Vaqonda hər hansı bir problem olmayıb. Tüstülənmə yüngül olduğundan baxış müddətində sovrulub və sərnişinlər həmin qatarla yola salınıblar. Nəticədə, 3 dəqiqəlik yubanma olub.

Bütün sərnişinlərdən rica edirik ki, metropolitenin xüsusiyyətləri nəzərə alınaraq, saz vəziyyətdə olmayan mobil cihazlardan istifadə etməsinlər və ümumən metropolitendə elektron cihazlardan istifadə edərkən ehtiyatlı davransınlar", - B.Məmmdov bildirib.

Oxunma sayı 156