Yazını böyüt
Yazını kiçilt
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu S. Axundov küçəsində qeydə alınıb.
Yevlax rayon sakini Rəşad Şıxıyev idarə etdiyi BMW markalı avtomobillə 1956-cı il təvəllüd Rahid Məmmədovu vurub. Piyada aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq piyada xəstəxanada ölüb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydaların pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.