Bakıda quraşdırılacaq liftlərin sayı 148-ə QALDIRILDI

16:37 20.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı genişləndirilib.

Hafta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.

Fərmana əsasən, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların 7 şəhər üzrə bölgüsünə dair siyahıda quraşdırılacaq liftlərin sayı 200-dən 207-yə qaldırılıb.

Bakı üzrə quraşdırılacaq liftlərin sayı 141-dən 148-ə qaldırılıb.