Bakıda şadlıq evi yanıb

21:21 15.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xətaidə ikimərtəbəli şadlıq evində yanğın olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhərinin Xətai rayonunda hər mərtəbəsi 1500 m² olan ikimərtəbəli şadlıq evinin dam örtüyü və damına çəkilən şüşə-pambıq üzlük 50 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.