Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

17:14 29.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a bildirilib.

Məlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da paytaxt sakini G.Musayevanın içərisində 80 manat və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən R.Şükürov saxlanılıb.