Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə hafta.az FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir.
Baş vermiş yanğın zamanı sakinlər təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan yoxdur. Yanğın binanın 4 və 5-ci mərtəbələrində qeydə alınıb.
*** 21:44
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən hafta.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə və digər xilasetmə işləri həyata keçirilir.