Bakıda zavod ərazisində yanğın olub

21:49 04.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonda Bakı Şin Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində üçmərtəbəli, istifadəyə yararsız vəziyyətdə olan binanın 3-cü mərtəbəsində kəsilməkdə olan, 6 ton tutumlu çənin içərisində qır qalıqları və ətrafında 15 m² sahədə məişət tullantıları yanıb. Bina yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.