Bakıda zorla ərə verilən 17 yaşlı qız sığınacağa yerləşdirilib-DİN

17:45 29.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar təsdiqini tapıb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev xəbər verib.

Qurum rəsmisi bildirib ki, iddialar nəzarətə götürülməklə araşdırılıb. Məcburi olaraq öz qohumu ilə ailə qurmağa vadar edilən A.A. polis əməkdaşları tərəfindən müvafiq sığınacağa yerləşdirilib. Qarşı tərəf dəvət olunub, dinlənilib, izahatları alınıb. Araşdırmalar davam etdirilir.