Bakının bu rayonunda su olmayacaq

12:23 31.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Suraxanı rayonunun bəzi ərazilərinə içməli su fasilələrlə veriləcək.

“Azərsu” ASC-dən hafta.az-a verilən məlumata görə, Suraxanı rayonunun Əmircan qəsəbəsindən keçən magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 31 oktyabr 2022-ci il tarixində gün ərzində Suraxanı rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.