Bakının bu yollarında tıxac var

09:00 08.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq yaranan avtomobil yollarını açıqlayıb.

 

Mərkəzdən hafta.az-a verilən məlumata görə, hazırda yollarda vəziyyət aşağıdakı kimidir:

 

1. Bakı-Sumqayıt şossesində – Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq

 

2. Binəqədi şossesində - mərkəz - Azadlıq prospekti metro stansiyası istiqamətində sıxlıq

 

3. Moskva prospektində - Alov zavodun qarşısından 20 yanvar dairəsinə qədər kənar yolda sıxlıq

 

4. Ziya Bünyadov prospektində - Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

 

5. Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər əsas və kənar yolda sıxlıq

 

6. Koroğlu Rəhimov küçəsində, Təbriz küçəsi ilə kəsişmədən Ak.Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur.