Bakının hansı küçələrində sıxlıq var?

08:25 07.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Hafta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.