Bakının mərkəzində mağazadan oğurluq edilib

10:59 16.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Z.Əliyeva küçəsindəki magazalardan birinin kassasından 2300 manat pulun oğurlanması barədə məlumat daxil olub.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Məmmədzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin də aşkar edilərək götürülüb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması, həmçinin Bakı şəhər sakinləri olan iki qadına qarşı dələduzluq edərək birinin 500, digərinin isə 980 manat pullarını alması da müəyyən edilib.