Yazını böyüt
Yazını kiçilt
İndoneziyanın dünyaca məşhur turizm adası Bali xarici turistlərdən vergi alacaq. Yeni qaydalar 2024-cü il fevralın 1-dən qüvvəyə minəcək.
Hafta.az-ın yazdığına görə, Bali qubernatoru Vayan Koster bildirib ki, 2024-cü il fevralın 1-dən Baliyə daxil olarkən xarici turistlərdən 150 min İndoneziya rupisi və ya 10 dollar vergi tutulacaq. 10 dollarlıq verginin əcnəbilər üçün problem olmayacağını ifadə edən Koster, “Uçuş və otel qiymətlərinin artmasına baxmayaraq, dünən Baliyə 19 min xarici turist gəldi. Yerli büdcəni dəstəkləmək üçün toplayacağımız vergi turistlərin ödəyə biləcəyi səviyyədədir” deyib..
Verginin təkcə turistlər üçün deyil, həm də iş vizası olanlar üçün də keçərli olması planlaşdırılır.