Yazını böyüt
Yazını kiçilt
Yaponiya hakimiyyəti Çinə məxsus balıqçı gəmisini Naqasaki yaxınlığında ölkənin müstəsna iqtisadi zonasında saxlayıb.
Hafta.az “Kyodo News” agentliyinə istinadla xəbər verir ki, gəminin 47 yaşlı kapitanı dayanmaq əmrinə tabe olmamaq və yoxlamadan yayınmağa cəhd göstərmək ittihamı il həbs olunub.11 nəfərlik heyəti olan gəmi “pələng torlu” tipli balıqçı qayığıdır.
Rəsmilər bildiriblər ki, araşdırma davam edir və qanunsuz balıq ovuna qarşı tədbirlər gücləndiriləcək. Məlumata görə, bu, Bu, 2022-ci ildən bəri saxlanılan ilk Çin balıqçı gəmisi olmaqla yanaşı, cari ildə Yaponiya tərəfindən saxlanılan ilk xarici gəmidir.