Mozambikdə polis və yerli sakinlər arasında toqquşma

12:29 24.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mozambikin şimalındakı Nampula əyalətinin Larde rayonunda polis əməkdaşları ilə yerli sakinlər arasında baş verən toqquşma nəticəsində azı dörd polis əməkdaşı xəsarət alıb.

Hafta.az Mozambikin AIM informasiya agentliyinə istinadla xəbər verir ki, əraziyə toplaşan sakinlər polisə daş və müxtəlif əşyalarla hücum edərək qarşıdurma yaradıblar.

Məlumata görə, yaralanan polis əməkdaşlarından biri ağır xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.