Estoniya və Finlandiya Fin körfəzini Rusiya hərbi gəmiləri üçün bağlamaq istəyir. Hafta.az xəbər verir ki, bunu Finlandiyanın “İltalehti” qəzetinə müsahibəsində Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib.
Estoniya və Finlandiya raketlərinin uçuş məsafəsi Finlandiya körfəzinin enini aşır. Nazirin sözlərinə görə, ölkələr sahilyanı müdafiə raket sistemlərini inteqrasiya edir.
"Biz sahilyanı müdafiə raket sistemlərimizi inteqrasiya etməliyik. Estoniya və Finlandiya raketlərinin mənzili Finlandiya körfəzinin genişliyindən çoxdur. Bu o deməkdir ki, biz raketdən müdafiə sistemimizi birləşdirəcəyik və bütün məlumatları bir-birimizlə paylaşacağıq", - Pevkur bildirib.
Pevkur vurğulayıb ki, bu qərar Fin körfəzinin Rusiya hərbi gəmiləri üçün bağlanmasına imkan verəcək.
"Finlandiya və İsveç NATO-ya daxil olanda Baltik dənizi NATO-nun daxili dənizinə çevriləcək. Vəziyyət dəyişəcək", - o deyib.