Bank kartından pul oğurlayan şəxs saxlanılıb

13:24 20.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda bank kartından pul oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 16-da bir nəfərin bank kartından hesabındakı 220 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Nəbiyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.