“Azərbaycanın Kabildə səfirliyinin fəaliyyət göstərməsinə və mövcud iqtisadi əlaqələrə baxmayaraq, rəsmi Bakı hələ də İslam Əmirliyini tanımayıb”.
Hafta.az-ın yazdığına görə, bu barədə Əfqanıstanda fəaliyyət göstərən tolonews.com xəbər portalında yayımlanan məqalədə deyilir. Hazırda ölkəmizdə səfərdə olan Əfqanıstan baş nazirinin iqtisadi məsələlər üzrə müavini Molla Əbdül Qani Baradar İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısı çərçivəsində baş nazir Əli Əsədovla görüşüb. Məlumata əsasən, əfqanıstanlı rəsmi Azərbaycanın baş nazirindən Əfqanıstanın Bakıdakı səfirini qəbul etməsini xahiş edib və diplomatik əlaqələrin genişləndirilməsi məsələlərindən söz açıblar.
İslam Əmirliyi mətbuat katibinin müavini Həmdullah Fitrət deyib: “Bu görüşdə tərəflər Əfqanıstanla Azərbaycan arasında siyasi, iqtisadi, ticarət və tranzit əməkdaşlığın genişləndirilməsi, xüsusilə Lapis Lazuli dəhlizinin aktiv saxlanılması, ikitərəfli və üçtərəfli əlaqələrin gücləndirilməsi, birgə iqtisadi komitələrin fəaliyyətinin bərpası məsələlərini müzakirə ediblər”.
Bu arada, İslam Əmirliyi xarici işlər nazirinin müavini Məhəmməd Naim Vardak da səfər zamanı Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşərək ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
Elnur Məmmədov Əfqanıstanla əməkdaşlığın davam etdirildiyini vurğulayıb və İslam Əmirliyinin təhlükəsizliyin təmin edilməsi, narkotiklərlə mübarizə və korrupsiya ilə mübarizə sahəsində səylərini yüksək qiymətləndirib.
İqtisadiyyat üzrə əfqanıstanlı analitik Şəms Rəhman Əhmədi deyib: "İslam Əmirliyinin Azərbaycanla əlaqələri gələcəkdə mühüm rol oynaya bilər, xüsusilə də Azərbaycanın Əfqanıstanın iqtisadi əlaqələrini inkişaf etdirmək səylərinə ev sahibliyi etməsi ilə. Bu, müsbət siqnaldır, çünki biz hazırda qlobal iqtisadi əlaqəyə yaxınlaşırıq".
Baş nazirin iqtisadi məsələlər üzrə müavini Molla Əbdül Qani Baradar da Lapis Lazuli dəhlizi vasitəsilə ticarət əlaqələrinin inkişaf etdirilməsinin bu səfərin əsas məqsədlərindən biri olduğunu və İslam Əmirliyinin iqtisadiyyat yönümlü yanaşması ilə bu dəhlizi regional ticarətin inkişafı üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Əfqanıstan Ticarət və İnvestisiya Palatası İdarə Heyətinin üzvü Xan Can Alokozay deyib: "Lapis Lazuli marşrutu bizim üçün çox vacibdir, xüsusən də Türkiyə və Qara dənizdən keçərək Azərbaycan üzərindən Türkmənistan, Akina və Hayratana çatan Avropa ölkələrindən ixrac və idxalımız üçün çox vacibdir. Bu marşrut Əfqanıstan üçün ən yaxşı, ən ucuz və asan yol hesab olunur".
Xatırladaq ki, Əfqanıstan baş nazirinin iqtisadi məsələlər üzrə müavini bu həftənin çərşənbə axşamı Bakıya səfər edib və müşahidəçilərin fikrincə bu səfəri iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində atılmış vacib addımdır.