Baş nazir koronaya yoluxub

14:29 25.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın Baş naziri Pedro Sançes koronavirusa yoluxduğunu açıqlayıb.

Hafta.az xəbər verir ki, bu barədə Sançes tviter səhifəsində yazıb.

"Bu səhər mən COVID-19 üçün müsbət test nəticəsi aldım. Bu o deməkdir ki, yoluxmuşam", - baş nazir deyib.

Bununla əlaqədar o, bazar gününə planlaşdırılan tədbirdə iştirakını ləğv edib. "Mən bütün mümkün ehtiyat tədbirləri alaraq işimi davam etdirəcəm", - hökumət başçısı bildirib.

Oxunma sayı 2088