Baş nazir vətəndaşları daha az şikayət etməyə çağırıb

19:29 08.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Estoniyanın Baş Naziri Kaja Kallas, Äripäev radiosunda Globaalne proqramında vətəndaşları daha az şikayət etməyə çağırıb.

“Bir sahibkar çox yaxşı dedi ki, biz yoxsulluğumuzdan şikayət edirik. Biz bunun qarşısını almağa çalışardıq”, - deyə siyasətçi bildirib.

Kallas hesab edir ki, şikayət etmək meyli Estoniyanın iqtisadi tənəzzülünün Avropada ən pis olmasının səbəblərindən biridir. Bundan əlavə, Baş nazirin sözlərinə görə, Estoniyada iqtisadi tənəzzül bir çox xarici amillərlə, məsələn, Estoniya iqtisadiyyatının Skandinaviya ölkələrindən böyük asılılığı və Avropa Banklararası Təklif Məzənnəsinin artımının güclü təsiri ilə bağlıdır.