Baş Prokurorluq zorlamada təqsirləndirilən şəxsin bəraət hökmündən protest verdi

17:22 15.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Prokurorluq Bərdə rayon məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmündən protest verib.

Baş Prokurorluqdan bildirilib ki, Bərdə rayon məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 152.1-ci mаddəsi ilə təqsirləndirilən Bərdə rayon sakininə bəraət verilib.

Qeyd olunan hökmün işin faktiki hallarına uyğun olmaması əsası ilə həmin şəxsin Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılması məqsədilə fevralın 15-də Baş Prokurorluq tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə protest verilib.