Baş Prokurorluqda yeni TƏYİNAT 

15:44 17.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Talıb Cəfərov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə hafta.az-a Baş prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Talıb Cəfərov bu təyinata qədər Elm-Tədris Mərkəzinin rəis müavini vəzifəsində işləyib.

Xatırladaq ki, Mərkəzin əvvəlki rəisi Mübariz Əhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.