Baş prokurorun Goranboyda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

15:46 21.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyevin Naftalan şəhər, Goranboy və Xocalı rayon sakinləri ilə mayın 25-nə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, qəbul mayın 27-də saat 10:00-da Goranboy Rayon Prokurorluğunun inzibati binasında keçiriləcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Goranboy rayonuna gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil ediləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, teleqram, tviter) vasitəsilə də qəbula yazıla bilərlər.

Oxunma sayı 30